Yeni mühərrik reqlamenti gün üzünə çıxır

​​Bildiyiniz kimi, 2025-ci ildə çempionatı ciddi radikal dəyişikliklər gözləyir.

F-1.az Racefans nəşrinin jurnalistlərinə istinadən xəbər verir ki, maşınlarda aşağıdakı yeniliklər gözlənilir:

Güc qurğusunun strukturu saxlanılsa da (birturbinli 1.6 litrlik V6 hibrid), MGU-H generatorları olmayacaq;

Ona görə də itirilən elektrik enerjisini geri qaytarmağın iki yolu var – ya arxa əyləclərin hesabına qidalanan MGU-K generatoru iki dəfə böyüdüləcək, ya da ön təkərlər də dartqılı olacaq. yəni F1 maşınında bütün təkərlər (4×4) hərəkətverici olacaqlar və ön təkərlər üzərində ayrıca KERS sistemi qurulacaq;

Yuxarıdakı bəndə görə, maşınlarda karbon deyil, karbon-keramik əyləclərdən istifadə olunacaq;

Aktiv hidravlik asılqanlara yenidən icazə veriləcək – döngələrdə vacib olan asfaltayatma qüvvəsini qaytarmaq üçün lazım olacaq.

Jurnalistlər bu məlumatları F1-in texniki direktoru Pət Simondsdan müsahibə zamanı öyrəniblər, amma daha ətraflı, detallı məlumatlar yəqin ki, yayın ortasında rəsmən elan olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*