Williams ROKIT-lə müqaviləni uzadıb

Williams komandası titul sponsoru ROKiT şirkəti ilə olan müqaviləsini 2023-cü ilə qədər uzadıb.

F-1.az xatırladır ki, Williams komandası keçən ilin sonunda Martini ilə yollarını ayırmış və ROKiT ilə müqavilə bağlamışdı. Əvvəlcə müqavilənin üçillik olacağı deyilsə də, anlaşmanın artıq beş ilə çıxdığı bildirilib.

Kler Uilyams: “ROKiT ilə olan müqaviləni uzatdığımız üçün xoşbəxtik. Onlar çətin dövrlərdə bizə qoşuldu. Onlarla işləməkdən həzz alırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*