V.Bottas: “Komanda üçün əla nəticədir”

Mercedes komandasının sürücüsü Valtteri Bottas küləyi günahlandırıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sərbəst yürüşlərdə sürətli görünsə də, sıralanma turunda komanda yoldaşı Həmiltonun gerisində qalaraq, ikinci olub.

Valtteri Bottas: “Lyuis son cəhdində əla dövrə vurdu. Həftəsonu ərzində çox yaxın idik. Hər şey kiçik detallardan asılı idi. Sıralanma turunda tərs yönə əsən külək hər şeyi dəyişdirdi. Bir neçə döngədə səhv elədim. Lyuis isə əla dövrə vurdu. Komanda üçün əla nəticədir.

Bu həftəsonu bolidimiz güclüdür və həzz alırıq. Ümid edirəm ki, sabah da güclü olarıq. İlk döngəyə qədər məsafə uzundur. Start çox vacib olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*