T.Volff Fransada güclü performans gözləyir

Mercedes Motorsport-un rəhbəri Toto Volff növbəti Fransa yarışında komandasından gözəl performans gözləyir.

F-1.az xatırladır ki, “gümüşü oxlar” bu il düzlüklü traslarda Ferrari-yə nisbətən zəif performans göstəriblər.

Toto Volff: “Fransada çətin yarış gözləyirik. Tras Kanadanı xatırladır və uzun düzlüklər bizə çətinlik yaradacaq. Lakin Kanadadan fərqli olaraq buradakı döngələr müxtəlif quruluşa sahibdir. Bu, bizə kömək etməlidir”.

, ,