25 Aprel 2019, Cümə axşamı - 22:24

S.Fettel: “Boliddə potensial var”

S.Fettel: “Boliddə potensial var”

Müəllif: Rauf Hacıyev, redaktor

12:04 - 12 Aprel, 2019

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, bolidin daha çox potensialı var.

F-1.az xatırladır ki, almaniyalı sürücü Çində birinci sərbəst yürüşlərdə liderlik etsə də, ikinci sessiyada Bottasa 0.027 saniyə uduzub.

Sebastyan Fettel: “Çox xoşbəxtəm, amma maşının daha çox potensialı var. Buna görə də tam sevinə bilmirəm. Daha yaxşı nəticə göstərə bilərdim. Sabah hər şeyi bir araya gətirə bilsək, daha yaxşı nəticə əldə edə bilərik.

Mercedes-in burada güclü olmasını gözləyirdim və güclüdürlər. Əgər onlara yaxın ola bilsək, onda yaxşı olacaq. Döngələrdə daha sürətli olmalıyıq. Bu gün bolid yaxşı idi. Problemlərin harada olduğunu bilirik. İndi bunları həll etməliyik. Şarlın yarış tempində işləyə bilməməsi pis oldu. Buna görə də məlumatımız azdır. Amma rəqiblərimizin nələr etdiyini gördük. Biz isə boliddən maksimumu almalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 202
Teqlər
Paylaş

logo