Rəsmən: Porsche Red Bulla tərəfdaşlıq qurmayacaq

Porsche şirkəti bu gün verdiyi açıqlamada bildirib ki, Red Bull ilə tərəfdaşlıq qurmayacaqlar.

 

F-1.az xatırladır ki, Vokswagen Group 2026-cı il üçün həm Audi-nin, həm də Porsche-nin Formula1-ə gəlməsinə razılıq vermişdi. Porsche isə Red Bull-la tərəfdaşlıq qurmağa hazır idi. Tərəflər son dövrlərdə hər sahədə razılaşmışdılar. Hətta, Porsche Red Bull-un 50 faizini almaq istəyirdi. Beləliklə, komandaya nəzarəti artıracaqdılar. Lakin tərəflər buna görə razılığa gələ bilməyiblər.

Red Bull şirkəti Porsche ilə motor tərəfdaşlığı istəsə də, almaniyalı istehsalçı bununla razılaşmayıb. Porsche bu gün bildirib ki, onlar Red Bull-la tərəfdaşlıq qurmayacaqlar.

Bu barədə belə açıqlama verilib: “Porsche AG və Red Bull arasında bir neçə ay ərzində danışıqlar oldu. Bu müddət ərzində Porsche-nin Formula1-ə gəlmə ehtimalı müzakirə edildi. Danışıqlardan sonra iki şirkət də anladı ki, müzakirə aparmaq mənasızdır.

Bizim əsas məqsədimiz sadəcə mühərrik tərəfdaşı olmaq deyil. Biz istəyirdik ki, komandanı əhatə edən bir ortaqlıq olsun. Bu da mümkün deyildi.

Yeni reqlamentlərdən sonra Formula1 hələ də Porsche üçün cəlbedicidir. Vəziyyətə nəzarət edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*