Pol Rikar: Testlərin ilk günü Porsche pilotları liderlik ediblər

World Endurance Championship (WEC) çempionatının ilk mövsüm testləri keçən həftə Fransanın cənubunda yerləşən Pol Rikar trasında başlayıb. Proloq adı verilmiş testlərdə Audi, Porsche və Toyota komandalarının yenicə təqdim etdikləri və LMP1 kateqoriyasanda iştirak edən sportprototiplərlə yanaşı, LMP2 və GT kateqoriyalarında yarışan kollektivlər də iştirak ediblər. Bu barədə xəbəri Autograph.az dərgisi yaymışdır.

F-1.az Autograph.az-a istinadən bildirir ki, testlərin ilk günü olan cümə günü ən yaxşı nəticəni Porsche Motorsport komandasının pilotu Nil Yani göstərib. Porsche pilotu səhər sessiyasında 1 dəqiqə 38.264 saniyə vaxt göstərərək, Toyota TS050 pilotu Sebastyan Buemini (1:40.517) iki saniyə üstələyib. Səhər sesiyyasının üçüncü vaxtını (1:40.612) Audi R18 sprotsprototipinin pilotu Benua Trelyüe göstərib.

Alman komandalarının prototipləri yüksək yerə yatma gücünə köklənsələr də, Toyota komandası Le Man üçün nəzərdə tutulmuş aşağı səviyyəli yerə yatma dəstini sınaqdan keçiriblər. Hər bir komanda testlərə bir avtomobillə qatılıb və əvvəcədən qəbul etdikləri plan üzrə sınaqları davam etdiriblər.

Beləliklə, günorta sessiyasında ən yaxşı nəticəni yenə də Porsche pilotu Romen Düma (1:37.960) göstərib. Axşam sessiyasında isə, protokola yenidən Nil Yani başçılıq edib. Onu da qeyd etmək lazımdır ki, günün ən yaxşı nəticəsi keçənilki Proloqun nəticəsindən (1:37.220) 0,2 saniyə yavaş olub.

Günorta sessiyasında ikinci yeri dövrəni 1 dəqiqə 39.393 saniyə vaxtla tamamlayan Audi R18 pilotu Benua Trelyüe tutub. Üçüncü yer isə, Toyota TS050 prototipinin pilotu Əntoni Dəvidsona qismət olmuşdur. Britaniyalı pilot dövrəni 1:39.559 dəqiqə vaxtla başa vura bilib.

Axşam sessiyasında isə, Toyota komandası Kadzuki Nakacimanın göstərdiyi 1:38.347 dəqiqə vaxtla ikinci, Audi komandası isə Andre Lottorerin 1:39.678 dəqiqə vaxtı ilə üçüncü olub.
LMP2 kateqoriyasında səhər sessiyasında günün ən yaxşı vaxtını (1:46.976) Strakka komandasının Gibson 015S prototipinin pilotu Nik Levantis göstərib. Axşam sessiyasında isə, protokolun ilk sətrinə Signatech komandasının Oreca 05 prototipinin pilotu Qustavo Meneses adını yazdırıb.

GT kateqoriyasında gündüz və səhər ən yaxşı vaxtı, müvafiq olaraq AF Corse komandasının pilotları Devid Riqon və Canmariya Bruni göstəriblər. Hər iki pilot Ferrari 488 GTE avtomobilində yarışır.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*