P.Simonds: “Stroll Vilnöv kimi öyrənir”

Williams komandasının texniki direktoru Pət Simonds bildirib ki, Ləns Strollun Formula1-ə hazırlaşması 1996-cı ildə bu idmanda debüt edən Jak Vilnövün hazırlıqlarına bənzəyir.

F-1.az xatırladır ki, Stroll gələn il Williams komandası ilə Formula1-də debüt edəcək və buna görə də 2014-cü ilin Williams bolidi ilə yeddiaylıq test proqramına başlayıb.

Jak Vilnöv də 1996-cı Williams ilə müqavilə bağlamamışdan əvvəl müxtəlif traslarda Formula1 bolidi ilə testlər etmişdi.

Pət Simonds: “Ümumilikdə Formula1-in test sürücüləri trasa gedib testlər edirlər. Jak Vilnöv Williams ilə bir neçə dəfə test etdi. Bunu Strollda da tətbiq edirik və sürücünün öyrənmə proqramı Jakın proqramına bənzəyir. Məsələn, sürüşdən sonra pit-stop məşqləri edəcəyik.

Komandanın bu məşqə ehtiyacı yoxdur, amma onun var”.

Simonds bildirib ki, Strollun öyrənmə və inkişaf tempindən təsirlənib: “Biz testlərdən çox şey öyrəndik. Proqramda 2014-cü ilin bolidi və akademiya təkərləri ilə işləyirik. Akademiya təkərləri fərqlidir, amma nə qədər fərqli olduqlarını bilmirik və onlar barədə əlimizdə heç bir məlumat yoxdur. Bizim əsas məqsədimiz Lənsin nəticələrini Bottas və Massanın 2014-cü ildəki nəticələri ilə müqayisə etməkdir. Çox təsirləndim. Trasları tez öyrənir və sürücü üçün bu çox vacib amildir. Həm də yaxşı sürür. İndi növbə təkərlərə nəzarət etməyi öyrənməkdədir. Bir dəst təkər yandırmalı və daha sonra “lənətə gəlsin! Çox sürətli getməməliyəm” deməlidir. Ləns çox yaxşı öyrənir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*