Mercedes heyətini gələn ay açıqlaya bilər

Mercedes komandası gələn ay 2020-ci il heyətini açıqlaya bilər.

F-1.az xatırladır ki, Valtteri Bottasın komandası ilə müqaviləsi ilin sonunda bitəcək. Onun yerinə isə Esteban Okon və Corc Rasselin adları hallanır.

Toto Volff: “Yay tətilindən əvvəl Almaniya və Macarıstan yarışlarında gözəl performans göstərmək istəyirik. Daha sonra isə gələnilki heyətimiz barədə düşünə bilərik. İyul ayında heyəti elan etmək mümkünsüzdür. Düzgün dəyərləndirməliyik və bu da uzun prosesdir. Gələn il üçün ən doğru qərarı vermək istəyirik. Avqust ayında bu barədə düşünəcəyik. Lakin bu o demək deyil ki, heyətimizi avqustda açıqlayacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*