Meqan Cilks Rodin Carlin komandasında çıxış edəcək

Kanadalı sürücü Meqan Cilks ​​yeni F1 Academy qadın seriyasının daha bir üzvü olub və Əbbi Pullinq və Jessika Edqar ilə birlikdə Rodin Carlin komandasının şərəfini qoruyacaq.

F-1.az xəbər verir ki, onun 22 yaşı var və 2017-ci ildə kartinqdə kifayət qədər uğurlu karyerasından sonra biryerlik maşınların yarışına keçib. Kanadada gənz sürücülərin Formula 1200 seriyasında Meqan iki mövsüm keçirib, ilk cəhdində 3-cü olub və növbəti il ​​2-ci yeri tutub. Bundan əlavə, elə 2018-ci ildə o, milli Formula Vee seriyasını 4-cü yerdə başa vurub.

2019-cu ildə W Series debüt mövsümündə Cilks ​​ciddi seçim prosesindən keçib və Assen yarışında qələbə qazanıb. Keçən mövsüm Britaniya GB4 çempionatında iki qələbə və daha bir podiumla ümumi hesabda 6-cı yeri tutub.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*