19 Noyabr 2019, Çərşənbə axşamı - 11:10

M.Brandl: “Fettel reaksiyasını itirib”

M.Brandl: “Fettel reaksiyasını itirib”

Müəllif: Rauf Hacıyev, redaktor

11:46 - 17 İyul, 2019

Sabiq Formula1 sürücüsü Martin Brandl düşünür ki, Fettel artıq reaksiya qabiliyyətini itirir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Britaniya yarışında Maks Ferstappenə hücum edərkən, rəqibinə çırpılıb. Dördqat Dünya Çempionu daha əvvəl Bəhreyn və Kanadada səhvlər etmişdi.

Martin Brandl: “Ya bəxti gətirmir ya da təzyiq altında reaksiya göstərmək qabiliyyətini itirir. Ona heyran idim, amma artıq ona olan inancımı itirdim. Formula1 maşınlarında əyləc işıqları yoxdur. Yol maşınlarına nisbətən beş dəfə güclü əyləclərə sahibdirlər. Buna görə də panikaya düşəndə ön tərəftəki asfaltayapışma qüvvəsini itirirsiniz. Daha sonra isə iki metrlik ön qanadınız rəqibin ötürmələr qutusunda itir. Bundan başqa Fettel təkərləri kilidləmədən əvvəl sükanı sağa çevirərək Red Bull-un sağına keçmək istədi. Daha sonra təkərlər bloklandı. Belə olan halda təmasdan da qaçmaq mümkünsüz oldu.

Lyuis rəqibi Sebdən iki yaş yarım böyük olduğu halda belə səhvlər etmir. Lekler də getdikcə sürətlənir və özünə inanır. Sebastyan özünə gələ biləcək? Əsas sual budur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 129
Teqlər ,
Paylaş

logo