Seçim prosesi bir il əvvəl başlayıb, azarkeşlərə öz variantlarını bildirmələri təklif edilib. Sonra bu təkliflər ekspertlər qrupu tərəfindən nəzərdən keçirilib və bu həftəsonu onlara rəsmi status verilib.
1-ci döngə Nelson Pikenin, 2-ci Lyuis Həmiltonun, 4-cü Naycel Mənsellin, 11-ci Jan Alezinin, 12-ci Mixael Şumaxerin, 13-cü Ayrton Sennanın, 14-cü Ferents Sisin (1906-cı ildə Le Manda keçirilən Fransa Qran Prisinin qalibi olub – avtomobil idmanının tarixində ilk Qran Pri) şərəfinə adlandırılıb.






