Haas sponsoru Jack & Jones ilə müqavilə uzadıb

Haas komandası əsas sponsorlarından olan Jack & Jones ilə müqaviləni uzadıb.

F-1.az xatırladır ki, tərəflər 2017-ci ildə – Magnussenin komandaya gəlişindən sonda müqavilə bağlayıblar.

Yeni bağlanan müqaviləyə əsasən Jack & Jones markasının loqotipləri artıq bolidin daha çox hissəsində – arxa qanadında, burnunda və Halonun daxili və xarici hissəsində olacaq. Bundan başqa kambinezon və geyimlərdə də şirkətin loqotipləri olacaq.

Bu barədə komandanın rəhbəri Günter Ştayner danışıb: “Jack & Jones ilə olan tərəfdaşlığımız uğurlu və diqqət cəlbedəndir. Bu il münasibətimizin daha da güclənəcəyinə ümid edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*