C.Rocers yeni seriyada yarışmağa hazırlaşır

Ölkəmizi Britaniyada avtoidman yarışlarında layiqincə təmsil edən Cəmil Rocers fevralın 21-də Junior Saloon Car Championship (JSCC) çempionatında yarışmaq üçün testlərə çıxacaq.

F-1.az xatırladır ki, 14 yaşlı pilotumuz keçən il SuperOne kartinq çempionatında çıxış etmiş və mövsümü üçüncü yerdə bitirmişdi. Bundan sonra azyaşlı təmsilçimizə bir neçə yerdən təklif gəlmişdi. Lakin Cəmil JSCC seriyasında çıxış etməyə qərar verib.

Qeyd edək ki, bu çempionatda əsasən 14-17 yaşlı sürücülər çıxış edirlər. Cəmil ilk olaraq fevralın 21-də testlərdə iştirak edəcək və komanda onun performansından razı qalsa, yeni mövsümdə bu seriyada yarışmağa başlayacaq.

Cəmil Rocers: “Hazırda yeni seriyada yarışmağa hazırlaşıram və məşq edirəm. Fevralın 21-də JSCC testlərinə çıxacağam. Testlərdə özümü yaxşı tərəfdən göstərə bilsəm, bu seriyada yarışmağa başlayacağam”.

Gənc həmyerlimizə uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*