Braziliya-2018: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri İnterlaqosda yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən xəbər verir ki, bukmeykerlər İnterlaqosda Lyuis Həmilton və Sebastyan Fettelin qələbə şanslarını təxminən bərabər saysalar da, cüzi üstünlüyü beşqat dünya çempionuna veriblər…

Braziliya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.75
Sebastyan Fettel 2.87
Valtteri Bottas 6.50
Kimi Rəykkönen 8.00
Maks Ferstappen 9.00
Daniel Rikkardo 12.00

Meksikada builki titulun müqədarratı həll olunmuşdu – Lyuis Həmilton 5-ci titulunu qazanmışdı, amma Mühəndislər Kubokunda mübarizə davam edir. Son iki yarış ərəfəsində Mercedes komandası Ferrari-ni 55 xal üstələyir. Bukmeykerlər hesab edirlər ki, bu fərqi aradan qaldırmaq mümkün deyil, ona görə də cədvəl tərtib etməyiblər…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*