Gələn mövsüm çempionatda üç yeni komanda – US F1, Manor Grand Prix və Campos Meta komandaları debüt edəcəklər. Yeni komandalar özləri ilə çempionata yeni sponsorlar gətirəcəklər, amma sponsorlardan bir çoxları əvvəllər Formula1-də təmsil olunublar…
Şayiələrə görə, US F1 komandasının sponsoru Best Buy və YouTube şirkətləri olacaqlar. ABŞ-ın ən böyük pərakəndə elketron mallar satan Best Buy şirkəti üçün Avropa bazarına çıxış çox vacibdir, Youtube-un rəsmi gəlişi isə bir neçə məsələni həll edəcək, həmçinin, Formula1 roliklərinin videohostonqə qoyulması ilə əlaqədar FOM-la qarşıdurmaları aradan götürəcək.
Manor Grand Prix komandasının titul sponsoru isə Virgin şirkəti olacaq, şirkət hələlik Brawn GP-yə sponsorluq edir, Campos Meta komandasının sponsoru isə İspaniyanın Repsol neft şirkəti ola bilər…