X.Algersuari BBC-nin şərhçisi olacaq

Xayme Algersuari qarşıdakı mövsümdə müqaviləsiz qalıb, amma paddokda şərhçi qismində iştirak edəcək. BBC Live 5 radiokanalının efirində ispaniyalı sürücü Qran […]

Xayme Algersuari qarşıdakı mövsümdə müqaviləsiz qalıb, amma paddokda şərhçi qismində iştirak edəcək. BBC Live 5 radiokanalının efirində ispaniyalı sürücü Qran Prilərdən Ceyms Allenlə reportajlar aparacaq. Bu gün müqavilə rəsmən təsdiq olunacaq.

Bu il Xayme fasilə götürüb və heç bir seriyada çıxış etməmək qərarına gəlib ki, Formula1 karyerasını davam etdirmək üzrə danışıqlara çox vaxt ayırsın.

Xayme Algersuari: “Mən yalnız Formula1 barədə düşünürəm. İndi mənim müqaviləm yoxdur, amma mən formamı saxlayıram və sükan arxasına qayıtmaq üçün istənilən imkandan istifadə etməyə hazıram.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*