Williams və Toyota-nın diffuzorları leqaldırmı?

Williams və Toyota komandaları hesab edirlər ki, onların yeni maşınlarında diffuzorların konstruksiyaları yeni texniki reqlamentə uyğundur və FİA bu məsələni […]

Williams və Toyota komandaları hesab edirlər ki, onların yeni maşınlarında diffuzorların konstruksiyaları yeni texniki reqlamentə uyğundur və FİA bu məsələni rəsmən araşdırmayacaq. İsveçrədə dərc olunan Motorsport Aktuell həftəliyinin bildirdiyinə görə, keçən həftə məlum olub ki, bəzi komandalar Toyota və Williams maşınlarının bəzi detallarının leqallığına şübhə ediblər, beləki konstruktorlar hiyləgərcəsinə diffuzorun hündürlüyünün 175 mm olmasını məhdudlaşdıran qaydadan yan ötüblər.

Lakin həftəliyin ekspertləri bildiriblər ki, bu detalların heç biri yeni texniki reqlamentin qaydalarını pozmur, daha doğrusu reqlamentin boşluqlarından maksimum istifadə olunub. Amma hamıya məlumdur ki, avtoidmanda yazılmamış belə bir qanun var – qadağan olunmayan hər bir şey icazəlidir. Çempionatın rəsmi saytında da mübahisəli diffuzorlar barəsində ayrıca materiallar dərc olunub və Williams FW31-də tətbiq olunan konstruksiya “çox qabaqcıl”, Toyota-nın konstruksiyası isə “həddən maraqlı” adlandırılıb.

İstənilən halda hələlik məsələ tam aydınlaşmayıb, axı hazırda qüvvədə olan qanunvericiliyə görə, maşınların hər hansı bir detalının leqallığı barədə rəsmi protest yalnız Melburnda yarış ərəfəsində maşınların texniki təftişindən sonra verilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*