V.Bottasın sponsoru: “Valtteri Ferrari-yə keçəcək”

Mercedes komandasının sürücüsü Valtteri Bottas gələn mövsüm Ferrari komandasına keçə bilər.

F-1.az xatırladır ki, finlandiyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda başa çatacaq. 28 yaşlı sürücünün ən böyük sponsoru Antti Aarnio-Wihuri bu açıqlamanı verib: “Məncə, Valtteri Mercedes-də qalacaq. Amma Formula1-də hər şey ola bilər. Məncə, Rəykkönenin zamanı bitir. Keçən il qeyri-stabil çıxış edirdi. Bəlkə də, idmana marağı azalıb. Valtterinin Ferrari-yə keçidi mümkündür. Bütün sürücülər Ferrari-də yarışmaq istəyirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*