V.Bottas: “Massanı daha çox məğlub etməliyəm”

Finlandiyalı sürücü son 2 ildə braziliyalı komanda yoldaşını ümumi nəticədə məğlub etsə də, bəzi yarışlarda ondan geri qalmışdı...

F-1.az xəbər verir ki, Valtteri Bottas Felipe Massa ilə eyni komandada keçirəcəyi 3-cü mövsümü barədə danışıb: “Mən sürüş tərzimi və yarışlara münasibətimi dəyişdirməyəcəm. Stress və təzyiqin kömək etməyəcəyini bilirəm. Mən işimi görəcəm və gördüyüm işdən zövq alacam. Felipeni bu il daha çox məğlub etmək istəyirəm. Bu, mənim başlıca hədəfimdir.

Maşın testlərdə yaxşı təsir bağışladı. Bu da hədəflərimiz üçün yaxşı xəbərdir. Qalib gəlmək istəyirəm. Bunun üçün daha çox riskə girməliyəm. Əlimdən gələnin ən yaxşısını edəcəm…”

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*