22 Noyabr 2017, Çərşənbə - 13:00

V.Bottas: “İkinci pilot olmayacam”

V.Bottas: “İkinci pilot olmayacam”

Müəllif: Rauf Hacıyev, redaktor

17:19 - 09 Noyabr, 2017

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, gələn il komanda yoldaşı Həmiltonla eyni şanslara sahib olacaq.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümün ilk yarısında iki qələbə qazansa da, mövsümün ikinci yarısında komanda yoldaşı Həmiltondan geri qalıb.

Valtteri Bottas: “Mövsümün əvvəlində Lyuislə eyni tempdə gedirdik və onu qabaqlamaq istəyərdim. Amma ilk mövsümümdə əla iş gördüm. Həmilton güclü və stabil sürücüdür. Onu məğlub etmək üçün yüksək səviyyəli iş görmək lazımdır. Özümə inanıram və gələn il daha güclü ola bilərəm. İkinci pilot olmaqdansa, evdə oturaram. Məqsədim qalib gəlməkdir və hələ də şansım var. Mövsümü ikinci yerdə bitirmək üçün əlimdən gələni edəcəm. Fetteldən 15 xal geridə qalıram və iki yarışa bu fərqi qapatmaq mümkündür”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 652
Teqlər , ,
Paylaş

logo