22 Oktyabr 2018, Bazar ertəsi - 18:20

Türkiyə Qran Prisi: Birinci sərbəst yürüşlər

Türkiyə Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:56 - 06 May, 2011

Yağış. Buludlu. Havanın temperaturu +10° C, trasın temperaturu +12° C Bu gün səhər sürücülər Türkiyədə adət etmədikləri hava şəraiti ilə […]

Yağış. Buludlu. Havanın temperaturu +10° C, trasın temperaturu +12° C

Bu gün səhər sürücülər Türkiyədə adət etmədikləri hava şəraiti ilə üzləşiblər. Səmanın üzünü buludlar örtüb, yağış yağıb, hava isə cəmi +10 dərəcəyədək qızıb. Sürücülər isə trasda yağış və keçid təkərləri ilə işləyiblər.

Sessiyada üç komandanın ehtiyat sürücüsü iştirak edib – Hülkenberq Force İndia-nın sükanı arxasında Sutili, Çandhok Team Lotus-da Kovalayneni, Rikkardo isə Toro Rosso-da Algersuarini əvəz edib.

Komandalar maşınlarını ciddi yeniləyiblər və ümid edirdilər ki, sərbəst yürüşlərdə yenilikləri yoxlasınlar, amma hava bu planları pozub – trasın vəziyyəti daim dəyişib və müqayisəli testlər baş tutmayıb.

Narain Kartikeyan elə ilk dövrəsində problemlərlə üzləşib, sessiyanın sonuna 40 dəqiqə qalmış 11-ci döngədə Timo Qlok fırlanıb, elə orda Şumaher və Fettel də trasdan çıxıblar – suyun çox olması üzündən akvaplaninq yaşanıb.

Sessiyanın sonuna 28 dəqiqə qalmış qırmızı bayraqlar dalğalanıb – 8-ci döngənin çıxışında yaş porebrikin üzərində sürüşən Sebastyan Fettel qəzaya uğrayıb. Maşın qoruyucu baryerə zərblə çırpılıb, sürücüyə xətər toxunmasa da, maşın ciddi zədələnib.

Sessiya başa çatdıqdan sonra isə Pastor Maldonado qəzaya uğrayıb – venesuelalı sürücü 11-cü döngədə trasdan çıxsa da, trasa qayıdıb və bir də trasdan çıxaraq baryerlərə çırpılıb.

Protokollara isə Fernando Alonso başçılıq edib…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01F.AlonsoFerrariFerrari1:38.67013
02N.RosberqMercedes GPMercedes1:40.072+ 1.40214
03M.ŞumaherMercedes GPMercedes1:40.132+ 1.46218
04N.HaydfeldLotus Renault GPRenault1:40.338+ 1.6689
05V.PetrovLotus Renault GPRenault1:40.401+ 1.73110
06K.KobayaşiSauberFerrari1:40.421+ 1.75116
07F.MassaFerrariFerrari1:40.697+ 2.02714
08D.RikkardoToro RossoFerrari1:41.094+ 2.42418
09S.BuemiToro RossoFerrari1:41.178+ 2.50822
10N.HülkenberqForce İndiaMercedes1:41.347+ 2.67716
11M.UebberRed BullRenault1:42.564+ 3.8945
12P.MaldonadoWilliamsCosworth1:42.597+ 3.9277
13P.di RestaForce İndiaMercedes1:43.525+ 4.85511
14R.BarrikelloWilliamsCosworth1:43.913+ 5.2435
15Y.TrulliTeam LotusRenault1:43.986+ 5.3166
16V.LiutsiHispaniaCosworth1:44.787+ 6.11720
17S.FettelRed BullRenault1:44.954+ 6.2844
18T.QlokMarussia VirginCosworth1:45.183+ 6.51315
19J.D’AmbrozioMarussia VirginCosworth1:45.237+ 6.56711
20N.KartikeyanHispaniaCosworth1:48.461+ 9.7918
21K.ÇandhokTeam LotusRenault1:51.676+ 13.0066
22S.PeresSauberFerrari1:55.791+ 17.12113
23C.BattonMcLarenMercedes2:00.666+ 21.9964
24L.HəmiltonMcLarenMercedes1

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 105
Teqlər
Paylaş

logo