18 Noyabr 2017, Şənbə - 01:00

Toro Rosso sürücülərinə qəza etməmək barədə tapşırıq verilib

Toro Rosso sürücülərinə qəza etməmək barədə tapşırıq verilib

Müəllif: Rauf Hacıyev, redaktor

17:01 - 17 Fevral, 2016

Toro Rosso komandasının rəhbəri Frants Tost komandanın sürücüləri Karlos Sayns və Maks Ferstappendən diqqətli olmalarını istəyib…

F-1.az xatırladır ki, Karlos Sayns və Maks Ferstappen Formula1-də keçən il debüt ediblər.

Toro Rosso komandasının rəhbəri Tost düşünür ki, Sayns və Ferstappen Formula1-dəki ikinci mövsümlərində çətinlik çəkəcəklər və əlavə edib ki, onlar səhv edəcəkləri halda onlara ürək-dirək vermək lazımdır: “Sürücülərimiz əgər lazımi qədər intizamlı olmasalar, onların ikinci ili daha çətin olacaq.

Formula1-də ikinci mövsümlərini keçirdikləri üçün bu il daha aqresiv ola bilərlər və belə edib fanlara öz potensiallarını göstərə bilərlər. Əgər belə düşünsələr, onlar üçün çətin ola bilər, çünki çox qəza edərlər.

Hər iki sürücümüz də keçən il göstərdi ki, bolidi yüksək səviyyədə necə sürmək lazımdır. Sıralanma dövrələrində və fərqli traslarda istedadlarını çox yaxşı nümayiş etdirdilər.

Onları həmişə dəstəkləməliyik və əvvəldən onlara deməliyik ki, diqqətli olsunlar.

Testlərdə mümkün qədər çox dövrə vuraraq, bolidi tanımalıdırlar. Bolidin texniki tərəflərini öyrənmək üçün bu çox vacibdir.

Tost daha sonra deyib ki, bu il Sayns və Ferstappen arasında sıx mübarizə gedəcək: “Sayns keçən il mükəmməl iş gördü, amma hamının diqqəti hələ də sürücülük vəsiqəsi olmayan Ferstappendə idi.

Sıralanma dövrələri və yarış performansını diqqətlə incələsəniz, görərsiniz ki, Saynsın göstəriciləri keçən il daha yaxşı olub.

Mən düşünürəm ki, bu il sürücülərimiz bir-birinə yaxın mübarizə aparacaqlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 242
Teqlər , , ,
Paylaş

logo