15 Dekabr 2018, Şənbə - 04:51

T.Volff: “Problemləri həll etmək asan deyil”

T.Volff: “Problemləri həll etmək asan deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

16:15 - 19 Aprel, 2018

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, komandanın problemlərini həll etmək üçün sürətli həll yolu yoxdur.

F-1.az xatırladır ki, Mercedes mövsümün ilk 3 yarışında qələbəyə həsrət qalıb.

Toto Volff: “Formula1-də heç bir şey sürətlə həll olunmur. Testlərdə və Melburnda hər şeyin necə dəyişdiyini gördünüz. İnsanlar düşünürdülər ki, biz sürətli bolidlə fərqi açıb gedəcəyik. Amma üç yarış keçsə də, heç nə edə bilməmişik. Sürətimiz çatmır. Gözlədiyimiz səviyyədə deyilik.

Çində həftəsonu bizim üçün yaxşı keçmədi. Valtterinin performansı yeganə pozitiv hal idi. O əla sürdü və səhv etmədi. Sadəcə təhlükəsizlik maşınına görə bəxti gətirmədi. Rikkardonun hücumunda isə Valtteri vaxtında çəkilməsəydi, ikisi də mübarizəni dayandıra bilərdi. Buna görə də Valtteri Çində səhv etməyən yeganə sürücü idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 116
Teqlər , , ,
Paylaş

logo