18 Dekabr 2017, Bazar ertəsi - 13:08

T.Volff: “Mübarizə sona qədər davam edəcək”

T.Volff: “Mübarizə sona qədər davam edəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

08:10 - 10 May, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Mercedes və Ferrari arasında çempionluq mübarizəsi son yarışa qədər davam edəcək.

F-1.az xatırladır ki, mövsümwn ilk 4 yarışından ikisini Mercedes, digər ikisini isə Ferrari qazanıb. Mühəndislər Kubokunda almanlar birinci yerdə olduqları halda, Sürücülər Çempionatında “qırmızılar”ın sürücüsü Sebastyan Fettel zirvədədir.

Toto Volff: “Komandalar arasındakı mübarizə son 3 ildəkinə nisbətən fərqli səviyyədədir. Ov olmaqla yanaşı, ovçu da olmalısınız. Diqqətimizi sadəcə işimizə yönləndirməliyik və bizim də etdiyimiz budur.

Çempionluq uğrunda iki komanda mübarizə aparır və Red Bull-un da oyuna qoşulmasını istəyirik. Sürücülər arasındakı yaxın mübarizə və Mühəndislər Kubokundakı birxallıq üstünlük komandalar arasındakı kiçik fərqləri göstərir. Bu mübarizə mövsümün son yarışına qədər davam edəcək və biz də savaşmağa hazırıq.

Mövsümöncəsi testlərdə İspaniyada möhtəşəm deyildik. Soçidən fərqli trasdır və orada daha sərt təkərlərdən istifadə edəcəyik. Əgər cümə günü yaxşı işləsək, qələbə uğrunda Ferrari ilə mübarizə apara bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 759
Teqlər , , , , , ,
Paylaş

logo