21 Oktyabr 2018, Bazar - 01:31

T.Volff Bottasa xəbərdarlıq edib

T.Volff Bottasa xəbərdarlıq edib

Müəllif: Rauf Hacıyev, redaktor

16:04 - 08 Yanvar, 2018

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Bottasın gələn il heç bir bəhanəsi olmayacaq.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümün ilk hissəsində Həmiltonla başabaş mübarizə aparsa da, yay fasiləsindən sonra komanda yoldaşının üstün performansına cavab verə bilməmişdi.

Toto Volff: “Əgər Valtteri özünü təkmilləşdirib Lyuislə eyni səviyyəyə gəlsə, adını idman tarixinə yazdıra bilər. Onsuz da bunu etməlidir. Onu komandaya götürəndə bilirdik ki, rəqabətədavamlı olacaq və indi bunu göstərməlidir. Psixoloji cəhətdən çox güclüdür. Mövsümün ortalarında problem yaşasa da, son yarışlarda yaxşı performans göstərdi. Əminəm ki, bu il daha güclü Valtteri görəcəyik. Yarış zamanı əlindən gələni edir. Sadəcə stabil olub səhv etməməlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 130
Teqlər , , ,
Paylaş

logo