12 Dekabr 2017, Çərşənbə axşamı - 03:00

FİA T-qanadları necə yasaqlamağa hazırlaşır

FİA T-qanadları necə yasaqlamağa hazırlaşır

Müəllif: Afgan Haji, redaktor

06:13 - 05 May, 2017

Fanatların və F1-in özünün nümayəndələrinin narazılığı Strateji İşçi Qrupu hərəkətə sövq etdi: “köpək balığı üzgəclərinin” və T-şəkilli qanadların 2018-ci ildən tam qadağan edilməsi barədə qərar çıxarıldı. F-1.az-ın ekspertləri yeni məhdudlaşdırmaları təhlil edirlər.

Belə vəziyyətdə başlıca olan – qaydalardakı dəyişiklikləri elə tərzdə yazmaqdır ki, yasaq elementlərə zəmanətli şəkildə yol verilməsin və bu zaman komandalara heç bir yeni yer-baca qoyulmasın.

2017-ci il qaydalarının tərtibi zamanı məhz bu cür səhvə yol verdilər. Yekun versiyada qaydalar bundan əvvəlkilərlə müqayisədə elə dəyişdirildi ki, bu, pilotun başından o tərəfdəki arxa hissədə kiçik qanadlı nazik şaquli elementin meydana çıxmasına imkan yaratdı.

Bəzi konstruktorlar boyunlarına aldılar ki, öz maşınlarını T-qanadla heç istəmədən təchiz elədilər, lakin söhbət səmərəlilikdən getdikdə estetik tələblər hesaba alınmır.

Çoxdan məlumdur ki, “üzgəc” döngələrdə idarəetməyə pozitiv təsir göstərir – bu böyük səth gəzişmələrdə maşının arxa hissəsinə sabitlik əlavə edir. Asfaltayatma qüvvəsinə əlavəetmə də vardır.

Bunlar ümumilikdə haradan peyda oldular?

İstənilən texniki reqlamentin özəlliyi bundadır ki, onun heç bir ruhu yoxdur və ola da bilməz. Yalnız qaydalarda ifadə olunmuş hərf vardır. Və onun qadağan eləmədiyi nə varsa, rəsmi olaraq icazə verilib.

2017-ci il mövsümündən əvvəl qaydaya çoxsaylı dəyişikliklər daxil edilirdi. Müxtəlif maddələrin (ilk növbədə 3.15.1) razılaşdırılmaması üzündən kuzovlu panellərin mövcudluğu formal olaraq yasaqlanmamış zona meydana çıxdı.

Yuxarıdakı şəkilin göstərdiyi kimi, müxtəlif maddələr qırmızı ilə işarələnmiş sahədə elementlərin yerləşməsinə qadağanı dəqiq bərqərar edir. Lakin onların arasındakı 750 mm enində zona əlçatan olaraq qalır.  

Əvvəllər arxa təkərlərin oxunun qarşısındakı sahə də “bağlı” idi, ancaq Maddə 3.15.1-dəki dəyişikliklərdən sonra qadağan yalnız oxdan 50 mm əvvəldən təsir göstərməyə başladı. Bu, 750 mm-lik qanadı 50 mm-lik köndələn vətərlə yerləşdirməyə imkan verdi.

Qaydalar necə dəyişəcək

“Köpək balığı üzgəcləri” və T-qanadları qadağan eləməkdən ötrü FİA motor qapağının üstündəki istənilən elementləri istisna etmək üçün nəzərdə tutulmuş yeni qayda bəndlərini formalaşdırdı.

Yuxarıdakı şəkildə komandaların harada heç bir kuzov elementlərini yerləşdirə bilmədikləri sahənin necə göründüyü göstərilib.

Texniki reqlamentin 3.5.1 maddəsinin c) bəndinin yeni redaksiyası təzə ildən bu cür formalaşdırılacaq: “Yandan görünüşdə arxa təkərlərin oxunun qarşısında yerləşən heç bir kuzov elementi, paralel olaraq a) bəndində [motor qapağının ölçülərinin müəyyən edildiyi yer] müəyyənləşdirilmiş və arxa təkərlərin oxunun nəzarət səthindən 650 mm hündürdə olan nöqtədə diaqonal xətdən yuxarıda yerləşə bilməz”.

Bu qayda komandalara “köpək balığı üzgəcləri” və T-şəkilli qanadlardan istifadəni bir dəfəyə qadağan etmək üçündür.

T-qanadların işlənib tamamlanması

Buna baxmayaraq, bu ilin sonunadək maşınlar indiki konfiqurasiyalardan istifadəni davam etdirə bilərlər. İndi T-şəkilli qanadlardan altı komandada var, amma Barselonaya ənənəvi olaraq böyük yeniliklər paketi hazırlanır və bunların sayı arta bilər.

Həmçinin, ayrı-ayrı konstruktorların həllərinin hecə fərqləndiyini izləmək maraqlıdır. Misal üçün, McLaren-də qanad oval cizgilərə malikdir, Williams FW40-da iki müstəqil elementdən istifadə olunurdu və beləcə davam edir.

Fərqlilikləri öyrənək

Beləliklə, detallara diqqət yetirək. Ferrari (yuxarıda solda) öz maşınını T-qanadla ilklər sırasında təchiz edib. O kifayət qədər sadə, əlavə asfaltayatma qüvvəsi əldə etmək üçün azca əyilmiş vətər profilinə malikdir. Səthin kənarları üzrə bir qədər aşağıya düşdülər ki, burada əmələ gələn qasırğa arxa antiqanadla daha yaxşı qarşılıqlı fəaliyyət göstərsin.

Mercedes-də (yuxarıda ortada) dizayn xeyli mürəkkəbdir, özü də qanad hələ W08-in təqdimat mərasimində göstərilib. Hazırkı variant – artıq sayca üçüncüdür: əvvəlcə Ferrari-də olduğu kimi sadə idi, yalnızca kənarları aşağıya bir qədər güclü əyilib, mövsümöncəsi testlər gedişində isə ikiqat səthli və kənarları kiçik yan lövhəli ikincisi peyda oldu.

Avstraliyaya komanda, iki qanadı həncama ilə birləşdirərək və üzərindən üçüncü, daha qısa səthi yerləşdirərək növbəti yenilik hazırladı.

Haas-da (yuxarıda sağda) da T-qanaddan hələ testlərdə istifadə etməyə başladılar, lakin Avstraliyada onların həlli vibrasiya üzündən FİA-nın qadağası altına düşdü ki, bu da üzgəcin güclənməsini tələb etdi (böyük oxla göstərilib).

Williams (aşağıda solda) öz maşınında bir cüt eyni qanadcıqdan digərinin üstündə istifadə etdi ki, mövcud olan məkanı maksimal işə qoşsun. Bu, təkcə asfaltayatma qüvvəsi və ön müqavimətin nisbətini yaxşılaşdırmağa deyil, həm də diffuzoru ümumi aerodinamik bərabərləşdirməyə qoşmağa imkan verdi.

McLaren də (aşağıda ortada) öz həllini Çinə gətirdilər – bu yeni arxa antiqanadla cütlükdə çalışan ikiqat T-qanaddır. Lakin sonuncu əsla gözlənildiyi kimi çalışmırdı, ona görə də Rusiya Qran Prisinə işlənib tamamlandı.

Nəhayət, Sauber (aşağıda sağda) mühərriyin dəstəkləyici metal elementlərli yeni motor qapağının meydana çıxdığı Melburndan T-qanadlarla təcrübə aparır. Qanad yenidən Çində peyda oldu, ancaq Bəhreyndə komanda onu istifadə etmədi ki, testlər zamanı geri qaytarsın.

İrəliyə hərəkət

2018-ci ildən qüvvəyə minəcək qadağan o demək deyil ki, komandalar cari mövsümün gedişi üzrə bu sahədə işləyib tamamlamalardan imtina edəcəklər.

Bir çoxlarında bu iş hazırda prosesdədir və ondan gələcəkdə imtina etmək üçün heç bir səbəb yoxdur.

Lakin yadda saxlamaq mühümdür ki, FİA-da işarə vurublar: artıq iki dəfə Mercedes-də olduğu kimi, ifrat mütəhərrik konstruksiyalar yolverilməzdir. Yəni ki, çempionat gedişində daha artıq yüklənmə testlərinin tətbiqi olduqca ehtimal ediləndir.


Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə Giorgio Piola, Matt Somerfield, Afgan Haji,
Baxış Sayı 8. 113
Teqlər , , , , , , , , ,
Paylaş

logo