11 Dekabr 2017, Bazar ertəsi - 08:06

Sinqapur-2017: Üçüncü sərbəst yürüşlər

Sinqapur-2017: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:16 - 16 Sentyabr, 2017

Sinqapurda şənbə sərbəst yürüşləri zamanı şərait nə sıralanma turunda, nə də yarışda olan şəraitə uyğun olmur – asfaltın temperaturu gün batandan sonra daha aşağı olur. Ona görə də sessiyanın proqramı elə də zəngin olmayıb.

F-1.az bildirir ki, komandalar cümə sərbəst yürüşlərindən sonra sazlanmalara düzəlişlər ediblər və sıralanma turuna hazırlaşmağa kökləniblər – demək olar ki, hamı ən yumşaq UltraSoft təkərlərlə işləyib.

Sessiyanın düz ortasında qırmızı bayraqlar dalğalanıb – Markus Eriksson 19-cu döngədə divarlara çırpıldıqdan sonra trasdakı qırıntıları təmizləmək lazım gəlib. Pauza 6 dəqiqə çəkib, sonra sürücülər işlərini davam etdiriblər.

Rikkardo 10-cu döngədə baryerlərə toxunub və yavaşca boksa qayıdıb, amma mexaniklərin təftişindən sonra işinə davam edib. Ferstappenin maşınında ötürmələr qutusunda problem yaranıb, Maks boksa qayıdıb, sistemi yenidən işə salıblar və Maks da trasa qayıdıb.

Protokola dünən olduğu kimi Red Bull sürücüsü başçılıq edib, amma dünən Rikkardo sürətli idisə, bu gün Maks rəqiblərini üstələyib. Düzdür, avstraliyanın tras rekordu bu gün təzələnməyib, amma sıralanma turunda sürətlər artacaq…

YerNSürücüKomandaZamanFərqDövrə
133Maks FerstappenRed Bull1:41.82912
25Sebastyan FettelFerrari1:41.901+ 0:00.07213
344Lyuis HəmiltonMercedes AMG1:41.971+ 0:00.14216
414Fernando AlonsoMcLaren1:42.383+ 0:00.55411
52Stoffel VandornMcLaren1:42.439+ 0:00.61013
63Daniel RikkardoRed Bull1:42.517+ 0:00.68811
727Niko HülkenberqRenault1:42.549+ 0:00.72010
877Valtteri BottasMercedes AMG1:42.592+ 0:00.76316
97Kimi RəykkönenFerrari1:42.708+ 0:00.87916
1011Serxio PeresForce İndia1:43.010+ 0:01.18114
1131Esteban OkomForce İndia1:43.109+ 0:01.28015
1255Karlos SaynsToro Rosso1:43.356+ 0:01.52717
1330Colion PalmerRenault1:43.368+ 0:01.53911
1426Daniil KvyatToro Rosso1:43.574+ 0:01.74517
1519Felipe MassaWilliams1:43.724+ 0:01.89517
1620Kevin MaqnussenHaas1:44.041+ 0:02.21216
1718Ləns StrollWilliams1:44.223+ 0:02.39418
188Roman QrojanHaas1:44.295+ 0:02.46616
1994Paskal VerlyaynSauber1:45.760+ 0:03.93115
209Markus ErikssonSauber1:46.339+ 0:04.5107

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 274
Teqlər , , , , , ,
Paylaş

logo