Sinqapur-2017: İkinci sərbəst yürüşlər

İkinci sərbəst yürüşlər sıralanma turu və yarışla eyni saatda başlayan yeganə məşq sessiyasıdır. Trasın vəziyyəti səhərki ilə müqayisədə yaxşılaşıb. Sürücülər bokslarda çox vaxt itirməyiblər və dərhal optimal sazlanmaları tapmaq və müxtəlif təkər tərkiblərinin aşınmasını qiymətləndirmək üçün trasa çıxıblar.

F-1.az xəbər verir ki, bu sessiya da sürücülərin səhvləri olmadan ötüşməyib. Qrojan, Stroll, Palmer, Ferstappen, Maqnussen və Bottas trasdan çıxıblar, lakin ciddi hadisə baş verməyib. Startdan 45 dəqiqə sonra Fettel 10-cu döngənin çıxışında divara toxunub və reklam lövhəsini vurub. Cəmi birdəqiqəlik Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub.

Həmilton, Fettel və Verlyayn SuperSoft təkərlərlə işləyiblər və uzun məsafə qət ediblər. Sessiyanın sonunda hamı UltraSoft təkərlərə keçib. Ən yumşaq tərkiblə digər tərkiblər arasında sürət fərqi böyük olub.

Protokollara səhər olduğu kimi, bu dəfə də Rikkardo başçılıq edib – 1:40.852. Bu, trasın yeni rekordudur. Yağıntı olmazsa, növbəti sessiyalarda yeni rekordlar görəcəyimizə şübhə yoxdur. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 3 Daniel Rikkardo Red Bull 1:40.852 32
2 33 Maks Ferstappen Red Bull 1:41.408 + 0:00.556 28
3 44 Lyuis Həmilton Mercedes AMG 1:41.555 + 0:00.703 36
4 77 Valtteri Bottas Mercedes AMG 1:42.104 + 0:01.252 35
5 27 Niko Hülkenberq Renault 1:42.448 + 0:01.596 33
6 2 Stoffel Vandorn McLaren 1:42.501 + 0:01.649 34
7 14 Fernando Alonso McLaren 1:42.788 + 0:01.936 32
8 11 Serxio Peres Force İndia 1:42.826 + 0:01.974 35
9 7 Kimi Rəykkönen Ferrari 1:42.835 + 0:01.983 30
10 31 Esteban Okon Force İndia 1:43.054 + 0:02.202 34
11 5 Sebastyan Fettel Ferrari 1:43.104 + 0:02.252 33
12 55 Karlos Sayns Toro Rosso 1:43.236 + 0:02.384 37
13 26 Daniil Kvyat Toro Rosso 1:43.608 + 0:02.756 32
14 30 Colion Palmer Renault 1:43.795 + 0:02.943 32
15 19 Felipe Massa Williams 1:43.836 + 0:02.984 32
16 18 Ləns Stroll Williams 1:44.301 + 0:03.449 32
17 20 Kevin Maqnussen Haas 1:44.417 + 0:03.565 32
18 8 Roman Qrojan Haas 1:44.928 + 0:04.076 28
19 94 Paskal Verlyayn Sauber 1:45.673 + 0:04.821 34
20 9 Markus Eriksson Sauber 1:45.721 + 0:04.869 35
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*