S.Vandorn: “McLaren hamıya uduzur”

McLaren Honda komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, maşının tempi yoxdur.

F-1.az xatırladır ki, belçikalı sürücü mövsümün ilk yarışı Avstraliyada 13-cü olub. Xatırladaq ki, McLaren sürücüləri qış testlərində ardıcıl 11 dövrə vura bilməmişdilər, amma Avstraliyada Vandornla yarışı bitirə biliblər.

Stoffel Vandorn: “Çətin yarış idi. Pit-stopda restart verməli olduq və çoxlu vaxt itirdik. Bolidi finişə çatdırmaq üçün fərqli sazlanmalar yoxlamalı oldum. Amma Barselona testlərini düşünəndə yarışı bitirməyin necə dəyərli olduğunu qəbul etməliyik. Digər bolidlərlə mübarizə etməyə gücümüz yoxdur. Bunun acısını Çində çəkə bilərik. Ümid edirəm ki, bir az da inkişaf edib xal mübarizəsinə girişə bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*