19 Noyabr 2017, Bazar - 01:36

S.Sirotkin 2016-cı ildə cümə sərbəst yürüşlərində iştirak etmək istəyir

S.Sirotkin 2016-cı ildə cümə sərbəst yürüşlərində iştirak etmək istəyir

Müəllif: Elçin Zodorov, redaktor

09:01 - 19 Yanvar, 2016

Serqey Sirotkin 2013-cü ildə Sauber-in test pilotu olmuşdu və hamı onun tezliklə əsas pilot kimi mübarizə aparacağını gözləyirdi.

F-1.az xatırladır ki, gözlənilənlərin əksinə olaraq, o, test pilotu olaraq qaldı. Çünki, Sauber komandası daha yaxşı sponsorları olan pilotların xidmətində maraqlı idi. 2014-cü ildə Rusiya Qran Prisində ilk dəfə sərbəst yürüşlərdə iştirak edən gənc pilot keçən il Sauber-dən ayrıldı və hazırda heç bir Formula1 komandası ilə müqaviləsi yoxdur.

Serqey Sirotkin: “Bir neçə təklif almışam. Məsələn, komandalardan birini cümə günləri sərbəst yürüşlərdə təmsil edə bilərəm. Danışıqlar apardığım komandalar var. Mercedes və ya Ferrari qədər güclü olmasalar da, çox da zəif komandalar deyil.  2017-ci ildə komandalardan birinin əsas pilotu olmaq istəyirəm”.

Qeyd edək ki, o, həmçinin GP2-də iştirak edir. 2015-ci ildə Rapax komandasının tərkibində 21 yarışa çıxıb və 1 qələbə qazanıb. Mövsümü 139 xalla 3-cü yerdə başa vurub. ART Grand Prix komandasına keçən rusiyalı pilot növbəti mövsümdə də GP2 karyerasını davam etdirəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 300
Teqlər , , , , , ,
Paylaş

logo