16 Dekabr 2017, Şənbə - 18:58

S.Peres yarışdan narazı qalıb

S.Peres yarışdan narazı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

08:53 - 31 Oktyabr, 2016

Meksikalı sürücü Serxio Peres öz publikası önündə yaxşı nəticə ala bilmədiyi üçün məyusdur…

F-1.az xatırladır ki, Peres Meksika yarışında 10-cu yeri tutub və yarış ərzində Felipe Massaya hücumlar etsə də, cəhdləri uğursuz alınıb.

Serxio Peres: “Daha yaxşısını etmək istərdim, amma yarış ərzində əlim-qolum bağlı imiş kimi hiss etdim. Çünki nə qədər çalışsam da, geridə qaldım.

Düzlükdə çox sürətli idilər və biz bilirdik ki, bir dənə Williams ilə mübarizə aparmışıq. Heyif ki, onların hər iki bolidi ilə də mübarizə aparmalı oldum.

Hər dövrə əlimdən gələni etdim, amma məyus oldum. Çünki komandam üçün yaxşı nəticə qazanmaq istəyərdim”.

Peres yarış vaxtı komandasının strategiyasını sorğulamışdı. Meksikalı bildirib ki, komandası Medium təkərlərin bu qədər etibarlı olacağını gözləmirmiş: “Fərqli strategiya seçə bilərdik. Çünki Medium təkərlərdən bu cür etibarlılıq gözləmirdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 151
Teqlər , , , , ,
Paylaş

logo