15 Dekabr 2017, Cümə - 21:48

S.Nakamura: “McLaren doğru yoldadır”

S.Nakamura: “McLaren doğru yoldadır”

Müəllif: Rauf Hacıyev, redaktor

16:07 - 26 Aprel, 2017

Honda-nın baş mühəndisi Satoşi Nakamura bildirib ki, doğru yolda addımlayırlar.

F-1.az xatırladır ki, McLaren komandası mövsümün ilk 3 yarışında cəmi bir dəfə finişə çata bilib. Bəhreyndə isə Stoffel Vandorn MGU-H probleminə görə yarışa, ümumiyyətlə,  start verə bilməmişdi. Amma belçikalı sürücü testlərin ikinci günündə 81 dövrə vuraraq, komandasının bu il ən uğurlu gününü keçirmişdi.

Satoşi Nakamura: “Bəhreyn yarışında ortaya çıxan MGU-H probleminin səbəblərini qısa müddətdə taparaq, həll etdik və buna görə də tesrlərdə yaxşı nəticə göstərdik. Beləliklə, sürmə asanlaşacaq və titrəmə azalacaq.

McLaren Honda-da işləyən hər kəsə təşəkkür etmək istəyirəm. İkigünlük testlərdə heç kəs yorğunluğun nə olduğunu bilmədən işlədi və onların hesabına gözəl nəticələr əldə etdik. Hazırda doğru yoldayıq və güc qurğumuzun potensialı çoxdur. Belə inkişafa davam etsək, qısa müddət ərzində xal uğrunda mübarizə apara bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 824
Teqlər , , , ,
Paylaş

logo