S.Fettelin bu il hədəfi dünya çempionluğudur

Bu mövsüm hamı Mercedes AMG və Ferrari komandaları arasında gərgin mübarizə gözləyir. Testlərdə Ferrari yaxşı təsir bağışlasa da, Mercedes AMG-nin real gücü sirr olaraq qalır...

F-1.az xəbər verir ki, Ferrari-nin dördqat dünya çempionu Sebastyan Fettel də yeni mövsümlə vağlı pozitiv fikirdədir: “Mənim gözləntilərim insanların bizdən gözlədiklərindən aşağı olur. Amma insanların bizdən çox şey gözlədiyini bilmək xoşdur. Deməli, onlar bizə güvənir. Məqsədim yarışlarda qalib gəlmək və dünya çempionu ola bilməkdir. Mən və komandam bundan aşağı nəticə ilə kifayətlənə bilmərik. Hələ etməli olduğumuz çox iş var. İrəliyə doğru ciddi addımlar atmışıq. Hədəfimiz hər zaman dünya çempionluğudur və bunun üçün olmaq istədiyim yerdəyəm”.

Bəs digər sürücülərin fikrincə, Fettel çempion ola biləcək?

Felipe Nasr: “Hər şey keçənilki kimi olacaq. Həmiltonun şansı daha çoxdur. Amma Fettel Rosberqi üstələyə bilər”.

Markus Eriksson: “Sizinlə bəhsə girə bilərəm ki, Fettel həm Həmiltonu, həm də Rosberqi üstələyəcək!”

Valtteri Bottas: “Ferrari sürətli olacaq. Onları məğlub etmək rahat olmayacaq. Amma mənim fikrimcə, Mercedes AMG onlardan 1 addım öndə olacaq…”

Fettel adəti üzrə, hər il maşınına bir ad qoyur. Builki maşının adını isə hələ təyin etməyib: “Hələ ki, ad yoxdur. İlk yarışa qədər də olmayacaq”.

 

 

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*