17 Dekabr 2017, Bazar - 10:17

S.Fettel Yaponiya Qran Prisinin startında 3 yer itirəcək

S.Fettel Yaponiya Qran Prisinin startında 3 yer itirəcək

Müəllif: Elçin Zodorov, redaktor

15:18 - 02 Oktyabr, 2016

Buna səbəb Malayziya Qran Prisinin startındakı insident olub.

F-1.az xatırladır ki, Sepanqda əla start alan və ilk döngəyə 3-cü yerdə girməyə çalışan Sebastyan əyləcə gec basmış və Niko Rosberqlə təmas yaşamış, nəticədə Niko yerində fırlanaraq 21-ciliyə qədər geriləyərkən, Fettel maşınının ön asılqanı qırıldığı üçün yarışı dayandırmalı olmuşdu. Hadisəyə yarışdan sonra baxılacağı bildirilmişdi.

Stüardlar insidenti araşdırıblar və Ferrari-nin alman sürücüsünü günahkar hesab ediblər. O, gələn həftəsonu Suzukada startda 3 yer itirəcək.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 214
Teqlər , , , , ,
Paylaş

logo