23 Oktyabr 2017, Bazar ertəsi - 14:03

S.Fettel: “Həmiltonla mübarizə həzz verdi”

S.Fettel: “Həmiltonla mübarizə həzz verdi”

Müəllif: Rauf Hacıyev, redaktor

19:20 - 14 May, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarışda əlindən gələni etsə də, qələbə qazanmaq mümkün olmayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü İspaniya yarışının startında liderliyə yüksəlsə də, sonuncu pit-stopdan sonra əsas rəqibi Həmiltonu arxasında saxlaya bilməyib.

Sebastyan Fettel: “Yaxşı start alaraq, Həmiltonun önünə keçdim. Daha sonra ilk pit-stopa qədər tempimiz yaxşı idi. Pit-stopda fərqli təkər tərkiblərini götürdük, amma Bottasın arxasında çox vaxt itirdiyim üçün bəlkə də qələbəni əldən verdim. Sözün açığı, nəticəyə görə məyusuq. Həmiltonu təbrik edirəm. Onunla mübarizə aparmaq həzz verdi. Rikkardo çox geridə olduğu üçün yenidən pitə girmək istədik, amma gördük ki, mənası yoxdur. Sonrakı yarışda yenidən podiumun zirvəsində olmaq istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 390
Teqlər , , ,
Paylaş

logo