25 Sentyabr 2017, Bazar ertəsi - 14:00

S.Fettel: “Geridən başlamaq ideal deyil”

S.Fettel: “Geridən başlamaq ideal deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

21:03 - 24 İyun, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, sıralanma turunda pis nəticə göstərsə də, yarışda vəziyyəti dəyişə bilər.

F-1.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunda lider Həmiltondan 1.2 saniyə geridə qalaraq, 4-cü yeri tutub.

Sebastyan Fettel: “Nəticə pis deyil, amma buna görə xoşbəxt olmamalıyıq. Üçüncü sərbəst yürüşlərdə bir sızıntıya görə xeyli vaxt itirdik və bu mənə kömək etmədi. Amma bu, bəhanə deyil. Lazımi qədər dövrə vurmuşduq.

Sonda tək qalmışdım və hava kisəsindən yararlana biləcəyim sürücü yox idi, lakin bu da bəhnə deyil. Daha yaxşı nəticə göstərə bilərdim, amma bu gün göstərə biləcəyim ən yaxşı nəticə üçüncülük olardı. Məncə, hamı Mercedes-in inkişafına təəccüblənib. Amma yenə də buna çox fokuslanmamalıyıq. Bu cür trasda bolidinizdə özünüzü rahat hiss edirsinizsə, bu fərqi rahatlıqla yarada bilərsiniz.

Bolidin potensialı çoxdur. Buna görə də narahat deyiləm. Sıralanma turunda yerimiz yaxşı deyil, amma yarış uzundur. Hazır və sürətli olmalıyıq. Bugünkü 1 saniyəlik fərq sabah olmayacaq. Dördüncü yerdən başlayırıq və əgər bir pillə yüksələ bilsəm, podiuma çıxacam. Mercedes sabah sürətli olacaq, lakin onlarla yarışa biləcəyimə şübhə etmirəm. Cümə günü sərbəst yürüşlərdə yarış tempində çox sürətli idik. Lakin, yarışa geridən başlamaq pisdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 166
Teqlər , , , ,
Paylaş

logo