14 Dekabr 2018, Cümə - 21:18

Renault Saynsın yerinə kimi gətirəcək?

Renault Saynsın yerinə kimi gətirəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

18:10 - 02 May, 2018

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Karlos Saynsın komandadan ayrılacağı ehtimalına hazır olmalıdırlar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü hazırda Red Bull şirkətinə məxsusdur və hazırda Renault komandasında icarə əsasında çıxış edir.

Siril Abitebul: “Planlar qurmalı və özümüzü ən pis ehtimala hazırlamalıyıq. Ən pis ehtimal isə Karlosun bizim komandadan ayrılması ola bilər. Buna görə də plan qurmalıyıq. Növbəti mövsümün bolidi üzərində işləməyə başladıq və bu həftə onunla toplantı edərək gələn il üçün planını və hədəflərini müzakirə etdik. Belə düşünməsək belə, bizdən ayrılacağı ilə bağlı şübhələrimiz var. Bu, ola bilər. Amma bu halın performansımıza təsir göstərməsini istəmirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 155
Teqlər , ,
Paylaş

logo