Red Bull Racing komandasının rəhbərliyi bildirib ki, əgər cümə axşamı texniki müfəttişlik BGP001-in diffuzorunun konstruksiyasını leqal hesab edərsə, Brawn GP komandasına qarşı protest verəcək…
Williams və Toyota-nın hazırladıqları diffuzorlar yeni maşınların təqdimatından dərhal sonra hamının diqqətini cəlb etmişdi: bir çoxları hesab edir ki, bu elementlər icazə verilən 175 mm-lik hündürlüyü keçirlər. Amma yeni Brawn GP komandası testlərə yalnız martın sonunda qoşuldu və dərhal rəqibləri üçün əlçatmaz oldu. Ekspertlər hesab edir ki, BGP001-in sürətli olmasına əsas səbəb diffuzorun konstruksiyasının ikimərtəbəli olmasıdır.