23 İyun 2018, Şənbə - 12:30

Qaydalara ediləcək dəyişikliklər ötmələri asanlaşdıracaq

Qaydalara ediləcək dəyişikliklər ötmələri asanlaşdıracaq

Müəllif: Elçin Zodorov, redaktor

18:05 - 01 May, 2018

Bazar ertəsi – aprelin 30-da komandalar 2019-cu ildə qüvvəyə minməsi nəzərdə tutulan, ötmələri asanlaşdıracağı gözlənilən texniki reqlamentə dəyişiklikləri elektron səsvermə yolu ilə təqdiqləyiblər.

F-1.az xatırladır ki, Bəhreyn Qran Prisi günlərində Ross Braunun rəhbərlik etdiyi işçi qrupu bolidlərin hava axınına qarşı həssaslığını azaltmaq və digər bolidin arxasında olarkən asfaltayatma qüvvəsinin itməsini aradan qaldırmağa kömək edəcək dəyişikliklər təklif etmişdi.

Səsvermə nəticəsində qəbul edilən qərarlara görə, 2019-cu ildə ön qanadlar daha böyük və eyni zamanda daha sadə olacaq. Nəticədə ön qanad hava axınının yönləndirilməsində böyük rol oynamayacaq. Həmçinin, ön əyləclərin hava kanalları da daha sadə konstruksiyaya sahib olacaq və qanadcıqlarını itirəcək. Arxa qanad da daha geniş olacaq və qanadın lövhələri isə daha çox əyriliyə malik olacaqlar.

FİA tərəfindən bu barədə yayılan bəyanatda bildirilib: “Dünənki səsvermə FİA, Formula1 rəhbərliyi və komandaların əksəriyyətinin qoşulduğu xüsusi intensiv araşdırmalardan sonra reallaşıb. Bu araşdırmalar nəticəsində ediləcək dəyişikliklərin ötmələrə və yaxın mübarizələrə müsbət təsir göstərə biləcəyi aşkarlanıb. Nəticə etibarilə, bu dəyişikliklərin 2019-cu ilə şamil edilməsi qəbul olunub. Yarışları daha maraqlı etmək üçün görülən tədbirlər bunlarla yekunlaşmayacaq, araşdırmalar davam etdiriləcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 349
Teqlər , , ,
Paylaş

logo
kecioren evden eve nakliyat gaziantep evden eve nakliyat mardin evden eve nakliyat alucrabeylikduzu escort beylikduzu escort bayan hacklink hacklink
antalya escort antalya jigolo