15 Dekabr 2018, Şənbə - 01:41

Pirelli Macarıstan Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Macarıstan Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

14:54 - 17 İyul, 2018

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Britaniya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, Pirelli Hunqarorinqə Medium və Soft təkərlərlə yanaşı UltraSoft təkərləri gətirəcəyini elan etmişdi.  Sürücülər gözlənildiyi kimi, yenə də həftəsonunun ən yumşaq tərkibinə üstünlük veriblər. Yeddi komandanın sürücüləri müxtəlif seçimlər ediblər.

SürücüKomandaMediumSoftUltraSoft
Lyuis HəmiltonMercedes AMG157
Valtteri BottasMercedes AMG247
Sebastyen FettelFerrari139
Kimi RəykkönenFerrari238
Daniel RikkardoRed Bull247
Maks FerstappenRed Bull247
Serxio PeresForce İndia238
Esteban OkonForce İndia238
Ləns StrollWilliams139
Sergey SirotkinWilliams229
Karlos SaynsRenault1210
Niko HülkenberqRenault2110
Pyer QasliToro Rosso238
Brendon HartliToro Rosso148
Roman QrojanHaas148
Kevin MaqnussenHaas238
Fernando AlonsoMcLaren238
Stoffel VandornMcLaren238
Markus ErikssonSauber229
Şarl LeklerSauber139

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 135
Teqlər , , , , ,
Paylaş

logo