14 Noyabr 2018, Çərşənbə - 15:25

Pirelli Bəhreyn Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Bəhreyn Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

13:13 - 29 Mart, 2018

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Bəhreyn Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xəbər vermişdi ki, italyan təkər təchizatçısı Saxirə Medium, Soft və SuperSoft tərkibləri gətirəcək. Bottas istisna olmaqla, top komandaların bütün sürücüləri eyni seçimi ediblər. Alonso və Vandorn isə ən çox SuperSoft təkər sifariş edən sürücü olublar.

SürücüKomandaMediumSoftSuperSoft
Lyuis HəmiltonMercedes AMG247
Valtteri BottasMercedes AMG157
Sebastyen FettelFerrari247
Kimi RəykkönenFerrari247
Daniel RikkardoRed Bull247
Maks FerstappenRed Bull247
Serxio PeresForce İndia238
Esteban OkonForce İndia238
Ləns StrollWilliams157
Sergey SirotkinWilliams247
Karlos SaynsRenault238
Niko HülkenberqRenault238
Pyer QasliToro Rosso157
Brendon HartliToro Rosso247
Roman QrojanHaas238
Kevin MaqnussenHaas148
Fernando AlonsoMcLaren139
Stoffel VandornMcLaren139
Markus ErikssonSauber337
Şarl LeklerSauber247

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 181
Teqlər , , , , ,
Paylaş

logo