18 Oktyabr 2018, Cümə axşamı - 01:04

P.Qasli: “Honda Renault-dan daha yaxşıdır”

P.Qasli: “Honda Renault-dan daha yaxşıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

14:17 - 06 Avqust, 2018

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, Honda mühərrikləri sürüş cəhətdən Renault mühərriklərindən daha yaxşıdır.

F-1.az xatırladır ki, fransalı sürücü keçən ilin son 4 yarışında Toro Rosso komandasında çıxış edərkən Renault mühərriklərindən istifadə etmişdi. İtalyan komandası bu ildən Honda mühərriklərindən istifadə edir.

Pyer Qasli: “Honda mühərrikləri Renault-dan daha stabildir. Hər şey qaz pedalı və motordan aldığınız dartıdan asılıdır. İnkişaf etməliyik. Amma sürüş cəhətdən çox yaxşıyıq.

Honda Macarıstanda yağışlı hava şəraitində əla işlədi. Sürmək rahat idi və yarışda problem yaşamadıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 67
Teqlər ,
Paylaş

logo