16 Dekabr 2017, Şənbə - 19:03

N.Hülkenberq Renault ilə müqavilə bağlamağa yaxındır

N.Hülkenberq Renault ilə müqavilə bağlamağa yaxındır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:11 - 10 Oktyabr, 2016

Çoxsaylı mənbələr xəbər verirlər ki, tərəflər almaniyalı sürücünün Force İndia komandasından ayrılması üçün bütün şərtləri müzakirə edərək razılaşıblar.

F-1.az xatırladır ki, Renault şirkəti Formula1 çempionatında zavod komandasını formalaşdırmaqda davam edir. Son günlər şayiələr gəzirdi ki, fransalılar Niko Hülkenberqlə maraqlanırlar.

Renault-nun maraqlandığı digər sürücülərlə (Stoffel Vandorn, Karlos Sayns və Valtteri Bottas) müqavilə bağlamaq alınmasa da, son günlər Hülkenberq variantı daha məntiqli görünür.

Hülkenberqin 2017-ci il üçün Force İndia ilə müqaviləsi var, amma qeyri-rəsmi məlumatlara görə, sürücünün müqaviləsini vaxtından əvvəl pozması mümkündür.  Müxtəlif mənbələrin yaydığı xəbərlərə görə, sürücü və şirkət arasında danışıqlar qurtarmaq üzrədir və müqavilənin bütün şərtlərini tərəflər müzakirə edərək razılaşıblar.

Əgər Hülkenberqin keçidi reallaşarsa, onda çox güman ki, onun komanda yoldaşı Esteban Okon olacaq – gənc fransalı sürücü tez bir zamanda Manor-da sürətli olmasını sübut edə bilib. Bu halda Kevin Maqnussen və Colion Palmer komandanı tərk etməli olacaqlar. Hülkenberqin yerinə Force İndia-ya real namizəd isə Paskal Verlyayn görünür – Mercedes şirkəti komandaya verdiyi motorların dəyərini bir qədər azaltmaqla himayədarlıq etdiyi sürücünü güclü komandaya göndərə bilər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 161
Teqlər , , , , , , , , , ,
Paylaş

logo