14 Noyabr 2018, Çərşənbə - 15:20

Manor yeni adını və loqotipini təqdim edib

Manor yeni adını və loqotipini təqdim edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:48 - 19 Yanvar, 2016

Düz bir il əvvəl britaniyalı biznesmen Stiven Fitspatrik Manor Marussia komandasına sərmayə yatırmaqla onu müflisləşməkdən qorumuşdu.

F-1.az xatırladır ki, keçən il mövsümöncəsi testlərin heç bir sessiyasına çıxmayan komanda mövsümün bütün yarışlarına qatılmışdı və bununla da gələcək inkişafın əsasını qoymuşdu. Mövsümün sonunda komanda gələn mövsüm Mercedes güc qurğuları və Williams ötürmələr qutusu almaq üçün müqavilələr imzaladı. Keçən həftə isə Ferrari-nin keçmiş konstruktoru Nikolas Tombasislə müqavilə imzalandı – bütün bu addımlar Manor komandasının yeni sahibinin ciddi iddia və məqsədindən xəbər verir.

Bu gün komandanın mətbuat xidməti Twitter hesabında komandanın yeni adını və loqotipini paylaşıb – komandanın adından Marussia sözü yığışdırılıb və artıq Manor Racing adlanacaq. Digər təfərrüatları isə komanda fevralın 22-də Barselonada mövsümöncəsi testlərin ilk günü bəyan edəcək. Çox güman ki, bizi yeni maşının təqdimatı və sürücülərin elan olunması gözləyir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 342
Teqlər , , ,
Paylaş

logo