17 Dekabr 2017, Bazar - 12:09

Manor komandası E.Okondan razıdır

Manor komandası E.Okondan razıdır

Müəllif: Rauf Hacıyev, redaktor

06:36 - 17 Oktyabr, 2016

Manor komandasının yarış direktoru Deyv Rayan bildirib ki, Esteban Okonun böyük potensialı var və yarışlarda yaxşı performans göstərir.

F-1.az xatırladır ki, Okon yay fasiləsində Rio Haryantonu əvəz edərək, Manor komandasına gəlmişdi. Fransalı sürücü ilk yarışında etibarlılıq problemlərinə görə finiş görə bilməmişdi.

Fransalı sürücü Malayziya yarışından əvvəl oturacağın tənzimləmələrini sabitləşdirmişdi və bundan sonra komanda yoldaşı Verlyaynı sıralanma turunda geridə qoymuşdu.

Deyv Rayan fransalı sürücünün performansından razıdır: “Mövsümün ortasında gənc sürücüdən bolidi inkişaf etdirməsini istəmək böyük şeydir, amma biz onun istedadına güvənirik. Bu mövzuda hələ bizə çox kömək etməyib. Əslində biz ona kömək edə bilmədik desək, daha doğru olar. Etibarlılıq problemlərinə görə məlumat toplaya bilmədik. Biz bu yöndə təkmilləşməliyik.

Heyətimizdə gələcəyin Dünya Çempionluğuna iki namizədi var. Bu bizim üçün böyük üstünlükdür. Bundan maksimum formada faydalanmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 139
Teqlər , , ,
Paylaş

logo