Maksın atası öz atasını döyüb!

Yos Ferstappen buna görə məhkəməyə cəlb oluna bilər.

F-1.az De Telegraaf-a istinadən xəbər verir ki, Red Bull komandasının sürücüsü Maks Ferstappenin atası, Formula1-də 1994-cü ildən 2003-cü ilə qədər 106 yarışa çıxan Yos Ferstappen məhkəmə qarşısına çıxa bilər. Bunun səbəbi onun atası Frans Ferstappeni döyməsi, atasının da onu polisə verməsidir.

Frans Ferstappen: “Mən artıq polisə müraciət etməli idim. O, bunu ilk dəfə etmir və artıq həddini aşıb. O, çox əsəbi və xoşagəlməz adamdır”.

Qeyd edək ki, Yos Ferstappen 2012-ci ilin əvvəlində avtomobillə öz sevgilisini vuraraq ona xəsarət yetirdiyi üçün 2 həftəlik həbs olunmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*