18 Noyabr 2017, Şənbə - 01:10

M.Şumaxer Formula4-də yarışacaq

M.Şumaxer Formula4-də yarışacaq

Müəllif: Rauf Hacıyev, redaktor

11:31 - 21 Fevral, 2016

Formula1 üzrə 7 qat Dünya Çempionunun oğlu Mik Şumaxer karyerasında inamlı addımlarla irəliyə gedir…

F-1.az xəbər verir ki, Mik Şumaxer karyerasına Formula4-də davam edəcək. Almaniyalı sürücü 2016-cı ildə Prema Powerteam komandasında çıxış edəcək.

Qeyd edək ki, Mik Şumaxer keçən il Almaniya Formula4 çempionatında çıxış edib. O Van Amersfoort Racing komandasında yarışıb və mövsümü 10-cu pillədə başa vurub. Şumi mövsümün ilk yarışında qələbə də qazanıb.

Prema komandasının rəhbəri Ancelo Rosin bildirib ki, o Miki komandaya transfer etdiyi üçün çox xoşbəxtdir və o inanır ki, gənc sürücü uğurlu nəticələr göstərəcək.

Mik Şumaxer isə bildirib ki, Prema Powerteam onun üçün ən yaxşı seçimdir və təcrübəli bir komandada çıxış etdiyi üçün xoşbəxtdir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 393
Teqlər , , ,
Paylaş

logo