M.Şumaxer Formula1-də yarışmaq istəyir

Əfsanəvi Mixael Şumaxerin oğlu Mik bildirib ki, Formula1-də yarışmaq istəyir.

F-1.az xatırladır ki, bir neçə gün əvvəl Çeyz Keri bildirmişdi ki, Mik Şumaxeri Formula1-də görmək istəyir.

Qeyd edək ki, 18 yaşlı sürücü Avropa F3 seriyasında ilk qələbəsini keçən ay Spada qazanıb.

Mik Şumaxer: “Spada yaxşı xatirələrim var. Hamı bilir ki, bura atamın qonaq otağıdır. Çünki onun gücünə bələdəm. Amma bəxtim gətirmir. Ümid edirəm ki, mövsümün qalan yarışlarında hər şey yaxşı olar. Formula1 hədəfim hələ də davam edir. Hər şey addım-addım irəli gedir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*