14 Dekabr 2018, Cümə - 04:46

M.Salo: “Ferrari Rəykköneni komandada saxlamalıdır”

M.Salo: “Ferrari Rəykköneni komandada saxlamalıdır”

Müəllif: Elçin Zodorov, redaktor

08:16 - 24 İyun, 2016

Son 3 ilini Ferrari-də keçirən Kimi Rəykkönenin komanda yoldaşı Sebastyan Fettellə əla münasibəti var. Lakin bu mövsümün sonunda finlandiyalının müqaviləsi bitəcək və onun komandada, hətta, ümumiyyətlə, Formula1-də qalıb-qalmayacağı məlum deyil.

F-1.az xəbər verir ki, onun yerinə Serxio Peres başda olmaqda bir çox sürücünün keçə biləcəyi ilə bağlı şayiələr gəzir. Sabiq Formula1 pilotu Mika Salo isə Rəykkönenin komandasında qalmalı olduğunu düşünür: “O, hələ də ən yaxşılardan biridir. Ümid edirəm ki, qalacaq. Hazırda Sebastyanın komanda yoldaşı olmaq üçün ondan yaxşı pilot yoxdur. O, hələ də kifayət qədər sürətlidir. Sadəcə fərqli səbəblərə görə bir çox yarışda bəxti gətirmir.

Ferrari heç vaxt gənc sürücü ilə yarışmaz, əgər elə bir sürücü gələrsə, bu, komandadakı bir çox şeyi dəyişdirmək deməkdir. Bu 2 sürücü xeyli vaxtdır ki, bir yerdə işləyirlər və belə olduqda maşını inkişaf etdirmək daha rahat olur. Hazırda komandaya uyğun gələn başqa sürücü görmürəm. Amma rəhbərliyin nə düşündüyünü də bilmirəm.

Təbii ki, yaş faktoru var. Amma o, əvvəlki kimi sürətlidir. Əvvəllər maşınlar daha yüngül olarkən onları idarə etmək çətin idi. İndi isə belə deyil. Düzdür, indi təqvimdə daha çox yarış var. Amma əvvəllər də daha çox test var idi. İndi yarışdan sonra hamı evinə gedir. Yarışdan əvvəl və ya sonra testlər edilmir. Sürücülər əvvəlki qədər yorulmur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 358
Teqlər , , ,
Paylaş

logo